Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hərbçilər Madurodan üz döndərirlər
Venesuela Hərbi Hava Qüvvələri generalı Fransisko Esteban Yanes Rodriqes özünü müvəqqəti prezident elan edən müxalifət lideri Xuan Quaydonu dəstəkləyib.
Bu barədə yerli KİV-ə istinadən TASS məlumat yayıb
General bəyan edib ki, “patriot və demokrat qüruru ilə” Quaydonu prezidentin səlahiyyətlərini icra edən şəxs kimi tanıyır və onun əmrlərini yerinə yetirməyə hazırdır.
Yanes Rodriqes həmçinin ölkənin hazırkı prezidenti Nikolas Maduronu diktator adlandırıb və qeyd edib ki, şəxsi heyətin 90 faizi onu dəstəkləmir.
General silah yoldaşlarını “Venesuela xalqına arxa çevirməməyə” çağırıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər