Hindistanın ən böyük dövlət neft emalı şirkətlərindən biri "Indian Oil Corp." (IOC) beş partiya Rusiya nefti alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, dekabrda çatdırılması nəzərdə tutulan neftin ümumi həcmi 3.5 milyon barel təşkil edib.
"Treyderlərin məlumatına görə, ölkənin ən böyük neft emalı zavodu "Indian Oil Corp." Vaşinqtonun Hindistana Rusiya neftini almağı dayandırması üçün göstərdiyi təzyiqə baxmayaraq, sanksiyalara məruz qalmayan təşkilatlardan beş partiya Rusiya nefti alıb və bununla da Rusiya nefti satınalmalarını bərpa edib", - deyə məlumatda bildirilir.
O da bildirilir ki, 3.5 milyon barel neft ölkənin şərq sahillərinə Qərbin sanksiyalarına məruz qalmayan tədarükçülər tərəfindən çatdırılacaq.