Livanın "Hizbullah" hərəkatı İsrailin Hayfa şəhərinin şimal-qərbində yerləşən Hərbi Dəniz Qüvvələri bazasına raket zərbəsi endirdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat təşkilatın "Telegram" kanalında yayılan bəyanatda yer alıb.
Bildirilir ki, Stella-Maris hərbi-dəniz bazası müasir yüksəkdəqiqlikli raketlərlə atəşə tutulub.
Bəyanatda, həmçinin qeyd olunur ki, pilotsuz uçuş aparatları ilə "Elta Systems" şirkətinə məxsus obyektə də zərbə endirilib. Müəssisə Akko şəhəri yaxınlığında yerləşir və İsrailin hava hücumundan müdafiə sistemləri üçün texnologiyaların istehsalı ilə məşğuldur.
Livanın "Hizbullah" hərəkatı pilotsuz uçuş aparatları ilə İsrailin Hayfa şəhərində yerləşən neft emalı zavoduna zərbə endirdiyini bildirib.
Oxu.Az xəbər verir ki, hücum barədə məlumat təşkilatın "Telegram" kanalında yayılan bəyanatda yer alıb.
Bildirilib ki, zavod "zərbə dronlarından ibarət eskadrilya" ilə hədəfə alınıb.
Bəyanatda qeyd olunub ki, digər hədəf Eyn‑Zeytim bölgəsində yerləşən artilleriya bazası olub. Həmin obyekt raket atəşinə tutulub.
Hücumların nəticələri və dəyən ziyan barədə isə hələlik məlumat verilməyib.