Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hollivud aktyorlarının səmimi görüntüləri yayıldı
Hollivud aktyorları Hyu Cekman və Keyt Bekinseyl münasibətləri barədə şayiələrdən sonra ictimaiyyət qarşısına çıxıblar.
Oxu.Az Gazeta.ru-ya istinadən bildirib ki, cütlük Uimbldonda keçirilən turnirlərin birində görüntülənib. Şəkillərdə onlar şirin-şirin qucaqlaşıb, danışıb-gülürdülər. Keyt Bekinseyl ağ gödəkçə və qara enli günəş eynəyi taxıb. Hyu Cekman isə göy rəngli kostyumda olub. Cütlük olduqca xoşbəxt görünüblər.
Qeyd edək ki, Bekinseylin 1999-cu ildə anadan olan uelsli aktyor Maykl Şindən bir qızı var. Onlar münasibətlərini rəsmiləşdirmədilər və 2003-cü ildə ayrıldılar.
Ən çox oxunanlar