İrandan hərəkət edən yük gəmisi Oman körfəzi sularında atəşə məruz qalaraq dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) yayıb.
"UKMTO İrandan 8 dəniz mili qərbdə baş verən hadisə ilə bağlı məlumat əldə edib. Limandan çıxan gəminin kapitanı atəş açıldığını və hazırda gəminin dayandığını bildirir. Heyət üzvlərinin təhlükəsizlikdə olduğu qeyd edilir. Gəmiyə hər hansı ziyan dəydiyi barədə məlumat daxil olmayıb", - deyə qurumun açıqlamasında vurğulanır.

Hörmüz boğazı sularında, Oman sahillərindən təxminən 15 dəniz mili aralığında konteyner gəmisinə hücum faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb.
"Gəminin kapitanının sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus artilleriya kateri onlara yaxınlaşaraq radiostansiya (VHF) vasitəsilə heç bir xəbərdarlıq etmədən atəş açıb. Nəticədə gəminin kapitan körpüsünə ciddi ziyan dəyib. Hər hansı bir yanğın və ya ekoloji zərər qeydə alınmayıb. Heyətin bütün üzvlərinin vəziyyəti yaxşıdır və onlar təhlükəsiz yerdədirlər", - deyə məlumatda vurğulanır.
