Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Husilər BMT əməkdaşlarını girov götürüblər
Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.
Oxu.Az "The New Arab"a istinadən xəbər verir ki, bu barədə BMT-nin bu gün verdiyi bəyanatında bildirilib.
Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.
"BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər", - bəyanatda qeyd olunub.
Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.
"Ənsar Allah (husilər)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar