Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Husilər İsrailin Nevatim hava bazasına hipersəsli raketlə hücum ediblər
Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndələri İsrailin Nevatim hava bazasına hipersəsli ballistik raketlə hücum ediblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib.
Bildirilir ki, hava bazasına "Fələstin-2" hipersəsli ballistik raketi ilə zərbə endirilib. O da qeyd edilib ki, İsrailin hava hücumundan müdafiə sistemləri "uğurla hədəfinə çatan" raketi ələ keçirə bilməyib.
İsrail ordusu isə Yəməndən buraxılan raketin İsrail hava məkanına daxil olmadan məhv edildiyini açıqlayıb.
Ordunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, döyüş sursatı hava sərhədindən kənarda zərərsizləşdirilib və ölkənin bir neçə bölgəsində hava həyəcanı siqnalları səslənib.
"Ənsar Allah (husilər)" teqi üzrə xəbərlər
- Husilər İsrailin Ben Qurion hava limanına raket hücumları həyata keçiriblər
- İsrail müdafiə nazirindən İrana xəbərdarlıq: "Dəməşqdə Əsədə nə etdiksə, Tehranda sizə onu edərik"
- ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
- Tramp: "Husilər kapitulyasiya etdilər, onları daha bombalamayacağıq"
- İsrail Səna aeroportunu tamamilə dağıdıb: Bütün mülki təyyarələr MƏHV EDİLİB