Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlon Maska qarşı iddia qaldırıldı: 150 milyon dollar zərər vurub
ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) multimilyarder İlon Maskı qanunları pozmaqda ittiham edib və Vaşinqton Federal Məhkəməsində ona qarşı iddia qaldırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Komissiya hesab edir ki, Mask "Twitter" sosial şəbəkəsinin (indiki "X") səhmdarlarına şirkətdə böyük həcmdə qiymətli kağızlar paketi almaq niyyəti barədə qəsdən məlumat verməyib və bu da ona endirimli qiymətə səhmlər almağa imkan yaradıb. Maskın bu davranışı nəticəsində səhmdarlara 150 milyon dollar həcmində zərər dəyib.
Öz növbəsində İlon Maskın vəkili Aleks Spiro SEC-in iddialarını təkzib edib və müştərisinin "Twitter" səhmlərini alarkən heç bir qanun pozuntusuna yol vermədiyini iddia edib.
"Vaşinqton" teqi üzrə xəbərlər
- USAID bütün dünyada qapılarını bağlayır
- Vaşinqtonda qəzaya uğrayan təyyarənin bütün "qara qutuları" çaydan çıxarılıb
- Vaşinqtona uçan təyyarə təcili eniş etdi: 40-a yaxın şəxs xəsarət aldı
- ABŞ-nin məşhur telekanalında kütləvi ixtisar: Dünya üzrə əməkdaşlarını işdən azad edəcək
- ABŞ-nin üç keçmiş prezidenti Trampın andiçmə ziyafətində iştirak etməyəcək
Rəylər