Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Azərbaycanda daha bir nəfər xəstəlikdən ölüb.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Saatlı rayonunda qeydə alınıb.
Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Pərvanə Xəyalqızı qızdırma və öskürəklə rayon xəstəxanasına yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Pərvanə vəfat edib.
İlkin olaraq onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlar respublikada qızdırma, öskürək və boğaz ağrısı ilə müşahidə olunan virus yayılıb.
Mediada yayılan məlumatlara görə, yayılan virus və xəstəliklərdən hətta ölüm halları da baş verib.
Belə ki, Ağcabədinin Ağabəyli kənd sakini 10 yaşlı məktəbli qız qızdırmadan dünyasını dəyişib.
Daha bir iddiaya əsasən, Bakı kəndlərində toylarda müğənni və aparıcı kimi fəaliyyət göstərən 60 yaşlı Rəsmiyyə Bakılı da yeni yayılan virusdan ölüb.
Xatırladaq ki, Səhiyyə Nazirliyi də yeni yayılan virusla bağlı əhaliyə müraciət edib.
Bundan başqa, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Təmirinə 9 min manat xərcləndiyi deyilən "Volqa" ilə bağlı RƏSMİ CAVAB: "Rəhbərlik dəyişib"
- Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi
- 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub
- SON DƏQİQƏ: Hüquq-mühafizə orqanları cərrahlarla bağlı YOXLAMALARA BAŞLAYIR
- Səhiyyə Nazirliyində "Volqa" ƏMƏLİYYATI: Dövlətdən 10 min "yeyən" maşını 3 minə satdılar - SƏNƏDLƏR
Rəylər