Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İmamoğlunun saxlanılma qərarından sonra Türkiyədə sosial şəbəkələrə girişdə problemlər yaranıb
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu da daxil olmaqla 105 nəfərə qarşı başladılan genişmiqyaslı əməliyyatlardan və saxlanılma qərarından sonra "X" və "Instagram" sosial media platformalarına girişlə bağlı problemlər yaranıb.
Bu barədə Oxu.Az "Haber Global"ə istinadən xəbər verir.
Məlumata görə, istifadəçilər, həmçinin "YouTube", "TikTok", "Facebook" və "WhatsApp"a girişdə də çətinliklər yaşayırlar.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu aralarında Ekrem İmamoğlunun da olduğu 105 nəfərə qarşı genişmiqyaslı əməliyyat keçirib. Nəticədə 100-dən çox şəxs barəsində saxlanılma qərarı çıxarılıb, istintaq çərçivəsində İmamoğlunun evində axtarış aparılıb.