İndoneziyada baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 604-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Sumatra adasında baş verən daşqınlar və torpaq sürüşmələri azı 604 nəfərin həyatına son qoyub", - deyə nəşr məlumat yayıb.
Daha 464 nəfərin isə itkin düşdüyü bildirilir.
İndoneziyanın Sumatra adasında güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500 nəfəri ötüb.
Oxu.Az xəbər verir ki, bu barədə AFP portalı yerli xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Daha əvvəl ölənlərin 417 nəfər olduğu bildirilirdi.
Xatırladaq ki, bölgəyə yağan güclü yağışlar böyük fəlakətə səbəb olub. Sellər yaşayış binalarına, yollara və infrastruktura ciddi ziyan vurub.