İndoneziyanın Sumatra adasında güclü daşqın və torpaq sürüşməsi nəticəsində azı 23 nəfər ölüb, onlarla insan itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" sözügedən ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakətə ötən həftənin sonundan bölgəyə yağan leysan xarakterli yağışlar səbəb olub. Sellər yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çıxışına çətinlik yaradıb.