İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemləri ölkənin cənubundakı Bəndər Abbas şəhəri üzərində ABŞ Silahlı Qüvvələrinə (SQ) məxsus pilotsuz uçuş aparatını məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İran Silahlı Qüvvələrinin mətbuat xidməti yayıb.
Rəsmi bəyanatda bildirilir: "Bəndər Abbas bölgəsində milli hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi xidmət edən Hərbi Hava Qüvvələrinin zenit-raket kompleksləri tərəfindən bir neçə saat öncə ABŞ-yə məxsus düşmən PUA-sı müəyyən edilərək hədəfə alınıb. Dəqiq zərbə nəticəsində həmin uçuş aparatı tamamilə məhv edilib".
Xatırladaq ki, iyulun 8-13 aralığında ABŞ Hərbi Qüvvələri Tehranın Hörmüz boğazındakı ticarət gəmisinə zərbə endirməsi iddiasına cavab olaraq İran ərazilərinə ardıcıl hücumlar həyata keçirmişdi. Buna cavab olaraq İran Yaxın Şərq regionunda yerləşən ABŞ hərbi hədəflərini vurub. Eyni zamanda, Bəhreyn, BƏƏ, Küveyt, Oman və Qətər ərazilərində də İrana məxsus hava hücumlarının qarşısının alındığı qeyd olunub.