İranın cənub bölgəsində ABŞ-yə məxsus "MQ-1" PUA-sının məhv edildiyi bildirilir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran silahlı qüvvələrinin mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda bildirilir ki, İran silahlı qüvvələri ölkənin hava məkanını pozan ABŞ-yə məxsus "MQ-1" PUA-sı ordunun hava hücumundan müdafiə sistemləri tərəfindən cənubdakı Bəndər-Abbas şəhəri üzərində uğurla hədəfə alınaraq zərərsizləşdirilib.
Qaynar xətt:
(055) 224 12 12