İran Xarici İşlər Nazirliyi (XİN) Fars körfəzi ölkələrini ABŞ-yə öz ərazilərindən İrana hücum etməyə imkan verməməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu bəyanatı İranın Dövlət Teleradio Şirkəti (IRIB) yayıb.
Bəyanatda bildirilir:
"İran qəti şəkildə cənubi Fars körfəzindəki qonşu ölkələri təcavüzkarların İrana hücum üçün öz quru, dəniz və hava obyektlərindən və ərazilərindən istifadə etməsinin qarşısını dərhal almağa çağırır".
Nazirliyin bəyanatında, həmçinin bildirilir ki, İran qonşu dövlətləri düşmən hesab etmir. XİN xüsusi vurğulayıb ki, regionda təhlükəsizlik ABŞ-nin hərbi mövcudluğu olmadan, ölkələr arasında əməkdaşlığa əsaslanmalıdır.