İranın hava məkanı iyunun 17-si Bakı vaxtı ilə saat 02:30-dək bağlı qalacaq.
Oxu.Az-ın "Mehr" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Mehdi Ramezani məlumat verib.
İranın hava məkanı iyunun 16-sı saat 14:30-a qədər (Bakı vaxtı ilə - red.) bağlı olacaq.
Oxu.Az bu barədə İranın Mülki Aviasiya Təşkilatına istinadla xəbər verir.
Daha əvvəl ölkə ərazisində bütün daxili və beynəlxalq uçuşların ləğvinin müddəti iyunun 16-ı saat 02:30-a (Bakı vaxtı ilə - red.) qədər uzadılmışdı.