iİran-raq sərhədində İŞİD yaraqlıları ilə iranlı hərbçilər arasında silahlı toqquşma baş verib.
Oxu.Az xəbər verir ki, toqquşma zamanı bir neçə terrorçu zərərsizləşdirilib.
Bəzi terrorçuların iranlı hərbçilər tərəfindən həbs olunduğu bildirilir.
Məlumata görə, yaraqlıların məqsədi İranın sərhədyanı şəhərlərində terror hücumları həyata keçirmək olub.
