İran beynəlxalq neft bazarında öz kvotasından imtina etməyəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Shana” agentliyinə İranın neft naziri Bijan Namdar Zanqane bildirib.
“Birincisi, neft bazarının dolması mühümdür, ikincisi isə İranın öz kvotasını güzəştə getməyəcək”, - Zanqane bildirib.
Bundan başqa o, İraq və Venesueladan olan həmkarlarının üçütərəfli görüş keçirmək və neft hasilatının dondurulmasını müzakirə etmək üçün çərşənbə günü gələcəklərini təsdiqləyib.
“Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio Pino və İraqın neft naziri Adel Abdel Mahdi çərşənbə günü İranın paytaxtına gələcəklər”, - Zanqane vurğulayıb.
Daha öncə Rusiyanın energetika naziri Aleksandr Novak OPEK ölkələrinin nümayəndələri ilə görüşüb. Görüşün nəticələrinə görə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatını 2016-cı il yanvar ayının 11-i səviyyəsində dondurmağa hazır olduqları barədə məlumat yayılmışdı.