İran üsyançı dəstə tərəfindən girov götürülmüş sərhədçiləri azad etmək üçün Pakistan və Əfqanıstan ərazilərinə qoşun yeridə bilər.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər naziri bəyanat verib. Əbdülreza Rəhmani Fəzlinin Pakistana etdiyi bu xəbərdarlıq, Cəyş-əl-Ədl adlı qruplaşmanın Tvitterdə Pakistan sərhədi yaxınlığında girov götürülmüş 4 hərbçinin şəkillərini yaymasından 1 həftə sonra gəlib.
Daxili işlər naziri Fəzli, dövlət kanalına verdiyi müsahibədə Pakistandan girov məsələsinə ciddi yanaşmağı bildirib. Əks təqdirdə İran Pakistan və Əfqanıstan torpaqlarında trans-sərhəd əməliyyatları həyata keçirə bilər.
Hazırda rəsmi Tehran Pakistan hökümətindən girov götürülmüş sərhədçilərin aqibəti barədə rəsmi cavab gözləyir.