İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya ABŞ əsgərlərini ələ keçirən vətəndaşlara pul mükafatı veriləcəyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber7" telekanalı məlumat yayıb.
"İran ərazisinə daxil olmuş ABŞ əsgərini ələ keçirib gətirən və ya onun cəsədini təhvil verən hər hansı İran vətəndaşına 5 milyard tümən (hazırkı qeyri-rəsmi məzənnə ilə təqribən 60 min manat - red.) mükafat veriləcək. Bunu həyata keçirən İran qadınlarına isə 10 milyard tümən mükafat verəcəyik", - deyə İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya açıqlamasında vurğulayıb.