İranda daha bir SEPAH generalı öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Bildirilib ki, SEPAH generalı Məhəmmədhüseyn Şadkami bir neçə gün öncə ABŞ-İsrail qüvvələrinin hücumları zamanı həyatını itirib.
Onun Tehranın Dəmavənd küçəsindəki evinə endirilən hava zərbəsində ailəsi ilə birlikdə öldürüldüyü açıqlanıb.
Qeyd edək ki, martın 17-də İsrailin zərbələri nəticəsində SEPAH-ın yüksəkvəzifəli komandiri, general Cavad Baqeri öldürülüb.