Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, aprelin 1-də V.Putin və Moskvada işgüzar səfərdə olacaq N.Paşinyan arasında görüş keçiriləcək.
"Danışıqlar zamanı Rusiya-Ermənistan strateji tərəfdaşlığı, müttəfiqliyinin hazırkı vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəmdəki cari məsələlər, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə olunacağı planlaşdırılıb", - deyə Kremldən bildirilib.