Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İranda avtobus qəzasında ölənlərin sayı artıb
İranın Kerman-İranşəhr magistralında sərnişin avtobusu aşıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, qəzada yaralanan daha beş nəfər xəstəxanada dünyasını dəyişib və ölənlərin sayı 11 nəfərə çatıb.
Xatırladaq ki, daha öncə İranşəhr Təcili Yardım Xidmətinin rəisi Əlirza İrəndeqani sərnişin avtobusunun aşması nəticəsində altı nəfərin öldüyünü, 18 nəfərin isə yaralandığını açıqlamışdı.
İranın Kerman-İranşəhr magistralında sərnişin avtobusu aşıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
"Səhər saat 03:53-də Kerman-İranşəhr magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində altı nəfər ölüb, 18 nəfər yaralanıb", - deyə İranşəhr Təcili Yardım İdarəsinin rəisi Əlirza İrəndeqani bildirib.
O qeyd edib ki, yaralılar ambulanslarla xəstəxanaya aparılıblar.