Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İrandan açıqlama: Livanda partlayan peycerlərdən hansı məqsədlər üçün istifadə edilirdi?
Livanda sentyabrın 17-də kütləvi şəkildə partlayan peycerlərdən əslində xəstəxana və uşaq bağçalarının işçiləri İsrailin hava hücumları barədə xəbərdarlıq almaq üçün istifadə edirdilər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İranın Beyrutdakı səfiri Müctəba Əmani məlumat verib.
Qeyd edək ki, Əmani özü də partlayış nəticəsində xəsarət alıb.
"Əmani bildirib ki, bütün bu peycerlər siyasi məqsədlər üçün deyil, adi insanlar tərəfindən istifadə edilib. Peycerlər xəstəxanalara, uşaq bağçalarına və digər müəssisələrə yalnız ona görə paylanıb ki, İsrailin mümkün hücumları barədə məlumat vermək olsun", - deyə hökumətin mətbuat xidmətindən qeyd edilib.
Səfir bununla bağlı Tehrandakı xəstəxanalardan birində diplomatı ziyarət edən İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani ilə görüş zamanı bildirib.
"Livan" teqi üzrə xəbərlər
- "Hizbullah"ın baş katibi: "İran Livanda zərər çəkən ailələrə 77 milyon dollar ödəyəcək"
- Netanyahu SAXAL-ın Baş Qərargah rəisini tezliklə istefaya göndərəcək
- Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb
- Atəşkəsdən sonra livanlı qaçqınlar evlərinə qayıtmağa başlayıblar
- Livan və "Hizbullah" ABŞ-nin təklifi ilə razılaşdılar
Rəylər