Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İranın keçmiş neft naziri Səid Cəlilidən prokurorluğa şikayət etdi
İranın keçmiş neft naziri Bijən Namdar Zəngənə iyunun 30-da ölkə prezidentliyinə namizəd Səid Cəlilidən prokurorluğa şikayət edib.
Bununla bağlı sabiq nazir Tehran şəhər prokuroru Əli Salehiyə ünvanladığı ərizənin surətini elə həmin gün özünün "X" səhifəsində paylaşıb.
Daha sonra bu şikayət İran mediasında geniş şəkildə işıqlandırılıb. B.N.Zəngənə Səid Cəlili, eləcə də prezident seçkisinin digər iştirakçısı, sonradan namizədliyini geri götürmüş Tehran şəhərinin meri Əlirza Zakani barəsində təhqir, böhtan, yalan məlumat yaymaq və ölkənin rəsmi qurumunu gözdən salmaq ittihamı ilə cinayət təqibi başlanmasını prokurordan tələb edib.
Söhbət prezident seçkisinin birinci turunda dövlət televiziyasında keçirilən debatlar zaman adıçəkilən namizədlərin İranda "Kresent müqaviləsi" kimi məşhur olan qalmaqallı təbii qaz anlaşması ilə bağlı Zəngənənin və onun üzvü olduğu hökumətlərin ünvanına səsləndirdiyi ağır ittihamlardan gedir.
Daha konkret desək, S.Cəlili və Ə. Zakani teledebatlarda keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhanini, eləcə də onların başçılıq etdiyi hökumətlərdə neft naziri postunu tutmuş Bijən Zəngənəni korrupsiyada, ölkənin milyardlarla dollar sərvətini talamaqda və milli mənafelərə xəyanətdə ittiham ediblər. Prokurora yazdığı ərizədə bu ittihamları 4 bənddə təsvir edən Zəngənə sözügedən şəxslərin islam cəza qanununun üç maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
Daha ətraflı videosüjetdə:
Rəylər