Azərbaycanəsilli İran rejissoru Cəfər Pənahinin "Sadə təsadüf" (Yek tasadef sadeh) filmi Kann kinofestivalının baş mükafatı olan "Qızıl palma budağı"na layiq görülüb.
Oxu.Az Ren TV-yə istinadən xəbər verir ki, filmin əsas ideyası bütün bəşəriyyətin "canavarlar, yırtıcılar və insanlar"a bölünməsidir.
İkinci ən mühüm mükafat olan Kann Film Festivalı Qran-prisi münsiflər heyəti tərəfindən norveçli rejissor Yoahim Trierin "Sentimental dəyər" (Affeksjonsverdi) komediya dramına verilib.
Festivalın üçüncü ən yüksək mükafatı olan Münsiflər Heyəti Mükafatı eyni anda iki filmə - Fransız-İspan rejissoru Oliver Laşenin "Sirat" və alman rejissoru Maşa Şilinskinin "Düşmə səsi" (In die Sonne schauen) filmlərinə təqdim olunub.
Ən yaxşı rejissor mükafatı "Məxfi agent" (O Agente Secreto) filminə görə braziliyalı Kleber Mendonsa Filioya verilib. Filmin süjeti 1970-ci illərdə Braziliyada hərbi diktatura dövründə qaçaq bir alimin həyatından bəhs edir.
"Məxfi Agent" filmində oynayan Vaqner Mura ən yaxşı aktyor mükafatını alıb. Ən yaxşı aktrisa nominasiyasında mükafat Afsia Erzinin "Kiçik Dernier" (La Petite Dernire) dramında oynayan Nadia Mellitiyə verilib.
Münsiflər heyəti bu il ən yaxşı ssenariyə görə mükafatı "Gənc analar" (Jeunes m res) filminə görə Jan-Pyer və Lük Darden qardaşlarına vermək qərarına gəlib. Festivalın ən yaxşı qısametrajlı filmi rejissor Taufik Barhomun "İndi öldüyünə sevindim"(I'm Glad You're Dead Now) filmi olub. Ən yaxşı rejissor debütünə görə verilən "Qızıl Kamera" mükafatı "Prezidentin tortu" (The President's Cake) dramına görə rejissor Həsən Hadiyə verilib. Münsiflər heyətinin xüsusi mükafatı Çin rejissoru Bi Qanın "Dirilmə" (Kuang ye shi dai) filminə təqdim olunub.