İraqın hökumət qoşunları Kərkük vilayətində sabitliyin bərpası üçün aparılan əməliyyatın gedişində orada yerləşən qaz yatağını və elektrik stansiyasını nəzarəti altına alıb.
Оxu.Az bu barədə "Sky News Arabia" telekanalına istinadən xəbər verir.
Mənbənin bildirdiyinə görə, hərbçilər, eyni zamanda, Kərkükə gedən bir neçə yolu bağlayıb və polis məntəqələrindən birini ələ keçiriblər.
N.H.