İraq ərazisində fəaliyyət göstərən hərbiləşdirilmiş qruplaşmalar yaxın iki sutka ərzində qonşu ölkələrə zərbələr endirməyə hazırlaşırlar.
Oxu.Az xəbər verir ki, belə bir iddia ilə "Al Hadath" telekanalı çıxış edib.
Jurnalistlərin İraq təhlükəsizlik strukturlarındakı mənbələrdən əldə etdiyi məlumat göstərir ki, "silahlı qruplaşmalar 48 saat ərzində PUA-ların köməyi ilə qonşu dövlətlərə hücum etmək niyyətindədirlər. Ərəb media resursunun xəbərində qeyd olunur ki, bu barədə xəbərdarlıq ölkənin baş naziri Əli əz-Zeydinin keçirdiyi xüsusi iclasda səsləndirilib. Söhbətin konkret olaraq hansı dövlətlərdən getdiyi göstərilmir.
Daha əvvəl Əli əz-Zeydi İraq ordusu bölmələrinin və təhlükəsizlik qüvvələri dəstələrinin döyüş hazırlığının artırılması barədə sərəncam verib. Qeyd olunub ki, hazırlıq səviyyəsi təhlükəsizlik qüvvələrinin bütün düşərgələrində və ordu bazalarında qaldırılacaq. Baş nazirin mətbuat xidməti bu addımın ali baş komandan tərəfindən təhlükəsizliyin möhkəmləndirilməsi, vətəndaşların qorunması üçün atıldığını bildirib.