“İslam dövləti” (İŞİD) qruplaşması son yarım il ərzində Suriyada 1878 nəfəri edam edib, onların əksəriyyəti dinc əhalinin nümayəndələridir.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumatı bazar günü Böyük Britaniyada yerləşən Suriya hüquq-mühafizə icmalı açıqlayıb.
Son iki ay ərzində İD müxtəlif ölkələrdən olan və qruplaşmanı tərk edərək evinə qayıtmaq istəyən 120 yaraqlını edam edib.
İyun ayında bu qruplaşma Suriya və İraqın zəbt edilmiş ərazisində xilafət elan edib. O dövrdən İD hər iki dövlətin hakimiyyəti, digər inqilabçılar və kürd müqavimət qüvvələri ilə mübarizə aparır.
Suriya hüquq-mühafizə icmalı təşkilatının rəhbəri Rami Abdulrəhman Reuters agentliyinə bildirib ki, İD 1,175 dinc əhali nümayəndəsi, o cümlədən 8 qadın və 4 uşaq qətlə yetirib. Onun sözlərinə görə, edam edilənlərdən 930 nəfəri Şeytaat müsəlman - sünni qəbiləsinin nümayəndələri olub. Onlar avqust ayında regiona nəzarət etmək üçün İD ilə döyüşürdülər.
Bu, Əl-Qaidədən ayrılmış bir qruplaşmadır, əsir alınmış düşmənlərin, fəalların, jurnalistlərin edam səhnələrinin videolarını paylaşırlar. İD tərəfindən başı kəsilənlərin sırasında iki amerikalı jurnalist, bir amerikalı və iki britaniyalı humanitar missiya əməkdaşı var, onlar bu ilin sentyabr ayında İD-in mövqelərini bombardman edən ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya təzyiq üçün edam ediliblər.
Suriya münaqişəsinə dair bütün mümkün mənbələrdən informasiya toplayan Abdulrəhmanın məlumatına görə, İD suriyalı prezident Bəşər Əsədin ordusunun 502 hərbçisini, eləcə də 81 müxalifət döyüşçüsünü edam edib. Abdulrəhman bildirib ki, İD-ə qoşulan 116 xarici vətəndaş, sonradan ayrılaraq evlərinə qayıtmaq istərkən, Der-əl-Zor, Rakka, Hasakeh vilayətlərində edam ediliblər. Daha dörd yaraqlı isə başqa səbəblərdən edam edilib.
200-dən çox adam Suriyada, Bəşər Əsəd dinc nümayişləri 2011-ci ildə yatırarkən, vətəndaş müharibəsi zamanı həlak olub.
E.Ə.