İraq Şam İslam Dövləti terror təşkilatı artıq öz pasportlarını paylamağa başlayıb.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, özünü xilafət elan edərək “İslam Dövləti” qurduğunu bəyan edən İŞİD qruplaşması yeni bir addım atıb.
Nəzarət altına aldığı İraqın Mosul şəhərində çıxarılan pasportun üzərində İŞİD-in bayrağındakı simvolların şəkilləri də var. Simvolların üst hissəsində isə “Xəlifə İslam Dövləti” sözləri yazılıb.
İraq Baş naziri Nuru əl-Maliki isə istefa çağırışlarına baxmayaraq, üçüncü namizədliyindən imtina etməyəcəyini bildirib.