Rusiya Federal Təhlükəsizlik Xidməti İŞİD-ə qoşulan Rusiya vətəndaşlarının sayını açıqlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, FTX rəhbəri Aleksandr Bortnikov ABŞ səfəri zamanı Rusiyadan İraqa gedənlərin sayının ikiqat artdığını bildirib:
“Hal-hazırda 1700 Rusiya vətəndaşı İŞİD-ə qoşulub. Tək Rusiya yox, dünyanın 100 ölkəsindən 13-20 min insanlar İŞİD-ə qoşulub. İraqa gedənlərin sayı durmadan artır. İŞİD-lə mübarizdə ABŞ-la əməkdaşlıq edə bilərik”.