Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İspaniya kralının üzərinə zibil atdılar
İspaniya kralı VI Filip güclü yağışlardan zərər çəkmiş Valensiyaya baş çəkib. Burada onu qəzəbli yerli sakinlər qarşılayıblar. Onlar kralın üzərinə zibil və palçıq atıb, və "qatil" şüarları səsləndiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə ura.ru məlumat yayıb.
Sosial şəbəkələrdə yayılmış görüntülərdə kralın cangüdənlərinin onu izdihamdan çətirlə qorumağa çalışdıqları, jurnalistlərin isə yerli əhalinin "palçıq atəşinə" tuş gəlməsi görünür.
Qeyd edək ki, yerli sakinlər İspaniya hakimiyyətinin ölkədə baş verən daşqınlar səbəbindən yaranmış fəlakətlə mübarizə üsulundan narazıdırlar. Ökənin şərqində 200-dən çox insan təbii fəlakətin qurbanı olub və bu rəqəm artmaqda davam edir.
Xatırladaq ki, İspaniyada həlak olanlar üçün üç günlük matəm elan edilib. Bir sıra tədbirlər, o cümlədən idman yarışları təxirə salınıb.
Rəylər