İsrail Hərbi Hava Qüvvələri İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinə aviazərbə endirib.
Bu barədə Oxu.Az Mehrnews.com-a istinadən xəbər verir.
Məlumata görə, Ceninin Əz-Zəbabad rayonunda avtomobilə dəyən zərbə nəticəsində müqavimət qruplarının dörd üzvü ölüb.
Qeyd edilir ki, bu ərazidə Fələstin müqavimət qrupları ilə İsrail qüvvələri arasında intensiv toqquşmalar baş verir.