Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tehrana PUA-larla hücum olub
İranın hava hücumundan müdafiə qüvvələri Tehranın ətrafı üzərində pilotsuz təyyarələrin qarşısını almaq üçün aktivləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.
İsrailin Müdafiə Ordusu (SAXAL) isə Hərbi Hava Qüvvələrinin Tehrana və İranın digər bölgələrinə aviazərbələr endirdiyini açıqlayıb.
İranın hava hücumundan müdafiə sistemləri Təbriz səmasında işə düşüb.
Oxu.Az bu barədə "Intelli News"a istinadla xəbər verir.
Bildirilir ki, İsrail qırıcıları bir neçə hədəfə hücum ediblər. Şəhərin müxtəlif yerlərində güclü partlayış səsləri eşidilib.
Hansı obyektlərə hücum edilməsi bağlı hələlik rəsmi məlumat yoxdur, lakin yerli mənbələr şəhərin şərq və şimal-qərb kənarındakı bəzi sursat anbarları, SEPAH-ın rabitə mərkəzləri və radar stansiyalarının hədəf ola biləcəyini ehtimal edirlər.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60 qırıcı təyyarə Tehranda yerləşən 20 hərbi obyektə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, hücum edilən hədəflər arasında silah və sentrifuqa istehsalı müəssisələri, elmi-tədqiqat və təcrübə-konstruktor obyektləri olub.
"Bu obyektlər nüvə silahı istehsalı üçün uranın zənginləşdirilməsi prosesinin miqyasını və tempini artırmaq məqsədilə istifadə olunmalı idi", - deyə məlumatda qeyd olunub.
İsrail Tehranda İran polisinin mənzil-qərargahı yaxınlığındakı binalara zərbələr endirib.
Oxu.Az bu barədə İRNA agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, hücum nəticəsində hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı yaralanıb. Hazırda yaralıların dəqiq sayı açıqlanmır.
İsrail gün ərzində İrana qarşı üçüncü hava zərbəsi dalğasının başladığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidmətinin nümayəndəsi məlumat yayıb.
Bildirilib ki, yeni zərbələrin hədəfi İranın qərb bölgəsində yerləşən raket obyektləridir.
İsrail Hərbi Hava Qüvvələri (HHQ) Kirmanşahdakı hərbi bazada İranın daha üç "Kobra" zərbə helikopterini məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti yayıb.
Bildirilib ki, məhv edilən helikopterlər İranın hava məkanında fəaliyyət göstərən İsrail təyyarələrinə qarşı istifadə olunmaq üçün nəzərdə tutulmuşdu.
Qeyd edək ki, daha əvvəl SAXAL eyni bazada İranın beş helikopterinin məhv edildiyini açıqlamışdı.
İsrailin müdafiə naziri İsrael Kats İranın təhlükəsizlik qüvvələrinin əsas obyektinə zərbə endirildiyini açıqlayıb.
Bu barədə Oxu.Az xarici mediaya istinadən xəbər verir.
"Biz indicə İranın daxili təhlükəsizlik qüvvəsi olan "Bəsic"in qərargahını məhv etdik. Vəd etdiyimiz kimi, İran İslam Respublikası hakimiyyəti ilə əlaqəli obyektlərə hücumlarımız davam edir", - deyə o, bəyanatında bildirib.
İsrail İranın paytaxtı Tehranın yaxınlığında yerləşən Kərəc şəhərinə hava hücumu həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Bildirilir ki, partlayış səsləri Kərəc şəhərinin hava limanı ətrafında eşidilib.
İsrail Hərbi Hava Qüvvələri Tehranda Əli Xameneinin bunkeri yerləşən məhəlləni bombalayır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İsrailin "9-cu Kanal"ı yayıb.
"NourNews" agentliyi isə İsrail aviasiyasının Tehranın şərq hissəsini də intensiv bombardman etdiyini xəbər verir.
Eyni zamanda, İran Müdafiə Nazirliyinin binasının da raket zərbələrinə məruz qaldığı bildirilir.
İran paytaxtı Tehranın müxtəlif ərazilərində partlayış səsləri eşidilib.
Oxu.Az xəbər verir ki, bu barədə "NourNews" agentliyi xəbər verib.
Agentlik ehtimal olunan hadisə yerində qalxan tüstünün görüntülərini dərc edib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
İsrail Hərbi Hava Qüvvələri bu səhər İranın qərb bölgəsində yerləşən 40-dan çox hərbi obyektə aviazərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat İsrail Ordusunun yaydığı rəsmi açıqlamada əksini tapıb.
İsrail Hərbi Hava Qüvvələri Kermanşahdakı hərbi bazada İran ordusuna məxsus beş ədəd "AH-1" helikopterini məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu (SAXAL) yayıb.
Bildirilib ki, sözügedən helikopterlər İsrail təyyarələrinə qarşı hücum məqsədilə istifadə olunurdu.
"İsrail hərbçiləri "Yüksələn şir" əməliyyatı başlayandan bəri İran ərazisi boyu 1100 müxtəlif obyektə hücum edib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi briqada generalı Efi Defrin bildirib.
"Hələlik biz (SAXAL) bütün İranda 1100-dən çox müxtəlif obyektə hücum etmişik", - o bildirib.
Onun sözlərinə görə, SAXAL plana uyğun olaraq sistemli şəkildə işləyir və bunu bütün məqsədlərinə nail olunana qədər davam etdirəcək.
Tehranda uranın zənginləşdirilməsi sentrifuqaları üçün avadanlıqların istehsal edildiyi bina zədələnib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məlumat verib.
Həmçinin bildirilib ki, Kərəcdə bu cür sentrifuqalar üçün komponentlərin istehsal olunduğu iki bina dağıdılıb.
Zərbələr nəticəsində obyektlərə ziyan dəyib. Onların hər biri beynəlxalq agentliyin nəzarəti altında olub.
İsrail qüvvələri Ərdəbil şəhərinin sənaye zonasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektinə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
İran səmasında İsrailin 14 pilotsuz uçuş aparatı aşkar edilərək məhv edilib.
Oxu.Az ILNA agentliyinə istinadən xəbər verir ki, məlumat İranın polis rəsmisi tərəfindən təsdiq edilib.
İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Veramin şəhəri üzərində İsrailə məxsus döyüş təyyarəsini vurub.
Oxu.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, məlumatı şəhərin icra hakimiyyətinin rəhbəri Hüseyn Abbasi də təsdiq edib.
"Təhlükəsizlik və hərbi rəsmilər insidentin təfərrüatını araşdırır və yaxın vaxtlarda əlavə məlumat açıqlanacaq", - deyə Hüseyn Abbasi qeyd edib.
Yayılan xəbərdən qısa müddət sonra İranın ordu rəhbərliyi vurulan döyüş təyyarəsinin "F-35" olduğunu təsdiqləyib.
"Ordunun hava hücumundan müdafiə sistemləri düşmənə məxsus "F-35" döyüş təyyarəsini Vəramin şəhərinin Cavadabad bölgəsində vuraraq məhv edib", - məlumatda qeyd olunub.
Bu, iyunun 13-də İran-İsrail eskalasiyası başlayandan bəri vurulan beşinci İsrail qırıcısıdır.
İsrail İranın uranın zənginləşdirilməsi üçün istifadə edilən sentrifuqaların istehsal olunduğu obyektlərə hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə SAXAL məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi Tehran ərazisindəki hərbi hədəflərə bir sıra hücumlar həyata keçirib. İranın nüvə silahı proqramına zərər vurmaq səylərinin bir hissəsi olaraq, sentrifuqaların istehsalı ilə məşğul olan obyektə hücum edilib", - SAXAL-ın bəyanatında deyilir.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi