Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İsrail İrlandiyadakı səfirliyini bağlayır
İsrail Xarici İşlər Nazirliyi İrlandiya hökumətinin sərt anti-İsrail siyasətinə görə Dublindəki səfirliyi bağlamaq qərarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti xarici işlər naziri Gideon Saarın bəyanatına istinadən məlumat yayıb.
"İrlandiyanın həyata keçirdiyi antisemitizm hərəkətləri və ritorikası ikili standartlara əsaslanır. İrlandiya İsraillə münasibətlərdə bütün qırmızı xətləri keçib", - bəyanatda bildirilir.
Xatırladaq ki, Dublinin Fələstin dövlətini tanımasından sonra İsrail artıq may ayında İrlandiyadakı səfirini geri çağırmışdı. Eyni zamanda, İrlandiya səfiri İsraildə fəaliyyətini davam etdirir.
Ötən həftə isə İrlandiya hökuməti İsraili Qəzza zolağında "soyqırımı"nda ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıran Cənubi Afrika Respublikasını dəstəkləyib.
"İsrail" teqi üzrə xəbərlər
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik
- Daha bir dövlət İsraildəki səfirliyini Qüdsdə açacaq
- İsrail Cənubi Livandan demək olar ki, bütün qoşunlarını çıxarıb
- "Haber Global"da ABŞ dövlət katibinin İsrailə səfərinə həsr olunan süjet yayımlanıb
- ABŞ İsrailə ağır bombalar göndərib