İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın danışıqlar komandasını tərk etdiyi bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Keşet 12" telekanalı məlumat yayıb.
Telekanalın iddiasına görə, bu hadisə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müdaxiləsindən sonra baş verib.
* Pezeşkian və Qalibaf Trampın iddialarına cavab verdilər
* İran parlamentinin sədri Hörmüz boğazının açılması və sülh üçün şərtlər irəli sürdü
Qalibaf İranın xarici işlər naziri Abbas Əraqçı kimi ABŞ ilə dialoqun davam etdirilməsinin tərəfdarı olub. İran tərəfi hələlik bu məlumatla bağlı rəsmi şərh verməyib.
Qeyd edək ki, Məhəmməd Baqir Qalibaf aprelin 11-də İslamabadda ABŞ ilə aparılan son danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edirdi.