Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İsrail ordusu “Əl-Şifa” xəstəxanasında silah-sursat aşkarlayıb - YENİLƏNİB + VİDEO
İsrail Müdafiə Qüvvələrinin əsgərləri Qəzza zolağında yerləşən “Əl-Şifa” xəstəxanasında Fələstinin HƏMAS radikal qruplaşmasının döyüşçülərinin istifadə etdiyi silah-sursat və infrastruktur aşkar ediblər.
Məlumata görə, İsrail hərbçiləri xəstələr və xəstəxana əməkdaşları tərəfindən normal qarşılanıblar, onlara qarşı isə heç bir düşmən münasibət göstərilməyib.
Mənbə: Lenta.ru
13:04
İsrail Müdafiə Qüvvələri bölmələri Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasında HƏMAS-ın hərbi hədəflərinə qarşı əməliyyat keçirib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb və qeyd edib ki, hərbçilər xəstəxanaya inkubatorlar, uşaq qidaları və dərmanlar çatdırıblar.
“Hazırda İsrail ordusunun bölmələri xüsusi olaraq Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasında əməliyyatlar keçirir. Əməliyyatlar HƏMAS-ın terror fəaliyyətini göstərən kəşfiyyat məlumatlarının olduğu kompleksdə həyata keçirilir. Hərbçilər xəstəxanaya girməzdən əvvəl silahlı terrorçu qruplarla qarşılaşıblar. Döyüş baş verib, nəticədə terrorçular məhv edilib”, - məlumatda deyilir.
“İsraildən tanklar vasitəsilə gətirilən inkubatorlar, uşaq qidaları və dərman preparatlarının “Əl-Şifa” xəstəxanasına uğurla çatdırıldığını təsdiq edə bilərik”, - deyə mətbuat xidməti qeyd edib.
“Bundan əlavə, dünən İsrail ordusunun quru qoşunları HƏMAS-ın təlim düşərgəsini aşkar edib, onun ərazisində terrorçuların tunel şaxtaları, təlim otaqları, kəşfiyyat materialları və onlarla müxtəlif növ silahlar, o cümlədən raketlər və dolu tank əleyhinə raketlər aşkarlanıb. İsrail ordusunun PUA-ları Qəzza zolağının şimalında tank əleyhinə raketlərlə binanı tərk edən bir qrup terrorçunu aşkar edib. Terrorçular özlərində olan partlayıcı qurğuları əraziyə yerləşdiriblər. PUA terrorçuları təqib edərək onlardan ikisini vurub”, - deyə məlumatda bildirilir.
10:30
İsrail ordusu Qəzza zolağında ən böyük xəstəxana sayılan “Əş-Şifa”ya hücum edib.
Buna səbəb HƏMAS döyüşçülərinin əsas komanda qərargahının xəstəxana ərazisində yerin altında yerləşməsidir.
Məlumata görə, xəstəxananın ətrafında bir neçə gündür şiddətli toqquşmalar davam edir. Binada 700-ə qədər xəstə, eyni sayda həkim və üç minə qədər qaçqın mühasirəyə alınıb.
Qızıl Aypara cəmiyyəti xəbər verir ki, xəstəxanada elektrik enerjisinin kəsilməsi nəticəsində onlarla xəstə ölüb. Həkimlər hazırda 30-dan çox yeni doğulmuş körpəyə qulluq edirlər.
İsrail tərəfi isə öz növbəsində bildirib ki, xəstəxana binasına hücum edən qoşunlarda mülki şəxslərə kömək etməyə hazır olan həkimlər var.
Qeyd edək ki, oktyabrın 7-dən başlayan və indiyə qədər davam edən silahlı münaqişə nəticəsində hər iki tərəfdən ölənlərin sayı artır.
Mənbə: “Pul N3” “Telegram” kanalı
"Fələstin" teqi üzrə xəbərlər
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi
- Türkiyəli professor: "HƏMAS uzun illər Yaxın Şərq və Fələstin siyasətində ən mühüm aktor olacaq"
Rəylər