"İsrail ordusu Qəzza şəhəri ərazisinin 40 faizi üzərində nəzarəti ələ keçirib və hücum əməliyyatlarını davam etdirmək niyyətindədir".
Oxu.Az-ın xəbərinə görə, bunu brifinqdə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin deyib.
Onun sözlərinə görə, yaxın günlərdə əməliyyat genişlənəcək və intensivləşəcək: "HƏMAS məğlub olana qədər ona təzyiqləri artıracağıq. Onları hər yerdə təqib edəcəyik".