Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İsrail ordusu Yəməndə husilərin obyektlərinə aviazərbə endirib
İsrail Hərbi Hava Qüvvələri Yəmənin Hudeydə liman şəhərində husilərin obyektlərinə zərbə endirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti təsdiqləyib.
Hücumda SAXAL-ın 10 hərbi təyyarəsi iştirak edib, Hudeydə və Ras-İsa limanlarındakı obyektlərə zərbə endirilib.
Hədəflər elektrik stansiyası və liman olub. Qeyd olunur ki, husilər bu infrastrukturdan İran silahlarını və neftini regiona göndərmək üçün istifadə edirlər.
İsrail ordusu aviazərbənin husilərin bu ay ölkə ərazisinə üç ballistik raket atmasına cavab olduğunu açıqlayıb.
"İsrail Müdafiə Ordusu (SAXAL)" teqi üzrə xəbərlər
- İsrail Cənubi Livandan demək olar ki, bütün qoşunlarını çıxarıb
- İsrail ordusu "Hizbullah"ın hədəflərinə hücum edib
- SAXAL-ın Həsən Nasrullahın ölümü ilə nəticələnən aviazərbəsinin yeni görüntüləri
- İsrail ordusu İordan çayının sahilində 50 radikalı məhv etdi
- HƏMAS daha bir israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verdi
Ən çox oxunanlar