Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsrail Qəzza zolağından girovların azad edilməsinin vaxtını açıqlayıb
“Qəzza zolağından girovların azad edilməsi prosesi 24 noyabr cümə gününə qədər başlamayacaq.
Bu barədə noyabrın 23-də İsrail Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri Tzaxi Haneqbi məlumat verib.
“Girovların azad edilməsi üçün danışıqlar gedir. Buna ilkin razılaşmalara uyğun olaraq cümə günündən tez başlanılmayacaq”, - İsrailin baş nazirinin ofisindən bildirilib.
Qeyd edək ki, İsrail hökuməti noyabrın 22-də Fələstinin radikal HƏMAS hərəkatından ən azı 50 girovu dörd gün ərzində geri qaytarmaq planını təsdiqləyib, bu müddət ərzində heç bir döyüş olmayacaq. Qeyd olunur ki, daha 10 nəfərin azad edilməsi döyüşlərdə əlavə bir gün sakitlik verəcək. HƏMAS girovların qaytarılması üçün dörd günlük atəşkəs haqqında razılaşmanı təsdiqləyib. HƏMAS-ın Qəzza zolağında saxladığı 50 israillinin azad edilməsinə cavab olaraq İsrail 150 fələstinli məhbusu azad edəcək.
Mənbə: iz.ru
"Fələstin" teqi üzrə xəbərlər
- Trampın fələstinlilərin köçürülməsi təklifinə Çin etiraz etdi
- "Haber Global": "Səudiyyə Ərəbistanı Trampın yalanını üzə çıxardı"
- İsrail 180-dən çox fələstinli məhbusu azad edib
- İsraildən HƏMAS-a etiraz: Fələstinli məhbusların azad edilməsi dayandırıldı
- İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı
Rəylər