Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsraildə HƏMAS-ın hücumu nəticəsində yaralananların son sayı açıqlanıb - YENİLƏNİB + VİDEO
Fələstinin radikal HƏMAS hərəkatının hücumları nəticəsində həlak olan İsrail vətəndaşlarının sayı 1000-i keçib.
Bu barədə İsrail Dövlətinin ABŞ-dəki səfirliyi məlumat yayıb.
“Ən azı 1008 israilli həlak olub, daha 3418 nəfər yaralanıb. İsrailə ən azı 4969 raket atılıb”, - deyə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunan bəyanatında deyilir.

16:50
HƏMAS hərəkatının hücumları nəticəsində 900-dən çox israilli həlak olub, daha 2 806 nəfər yaralanıb.
İsrail mətbuatı bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Səhiyyə Nazirliyi rəsmilərinin yaydığı açıqlamaya görə, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın qəfil hücumundan sonra 2 806 israilli yaralanaraq müxtəlif xəstəxanalara yerləşdirilib.
Qeyd olunub ki, hazırda yaralılardan 106-nın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.
Mənbə: Haaretz
"Fələstin" teqi üzrə xəbərlər
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik
- HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır - ŞƏRTİ VAR
- Trampın fələstinlilərin köçürülməsi təklifinə Çin etiraz etdi
- "Haber Global": "Səudiyyə Ərəbistanı Trampın yalanını üzə çıxardı"
- İsrail 180-dən çox fələstinli məhbusu azad edib