Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İsraildən HƏMAS-a etiraz: Fələstinli məhbusların azad edilməsi dayandırıldı
İsrailin Baş naziri Benyamin Netanyahu Həbsxana İdarəsinə göstəriş verib ki, fələstinli məhbusların azadlığa buraxılması növbəti xüsusi bildirişə qədər dayandırılsın.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin "Kan" radiosu məlumat verib.
Məlumata görə, fələstinli məhbusların İsrail həbsxanalarından buraxılmasının "dondurulması" yanvarın 30-da baş tutan Qəzza zolağında girovların Qırmızı Xaç rəsmilərinə təhvil verilməsi zamanı yaranan xaosla əlaqəlidir.
Qeyd edək ki, Arbel Yehud təhvil verilməmişdən əvvəl HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarın evinin xarabalıqlarının yanından aparılıb. Arbel və onu əhatə edən yaraqlıların ətrafına fələstinlilərdən ibarət izdiham toplanıb və onlar öz narazılıqlarını yüksək səslə ifadə ediblər. İsrail girovların geri qaytarılmasından əvvəl yaranan xaosa görə HƏMAS vasitəçilərinə etirazını bildirib.
Rəylər