Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İstanbulda iş yerində kondisioner üstündə mübahisə qanla bitdi
Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda eyni iş yerində çalışan Kamilcan və Əhməd adlı iki dost arasında kondisioneri işə salmaq üstündə mübahisə yaranıb.
Daha sonra mübahisə böyüyüb və qətllə nəticələnib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.
Məlumata görə, başından zərbə alan və yerə yıxılan Kamilcan yerləşdirildiyi xəstəxanada iki gün sonra həyatını itirib.
Dostunu qətlə yetirən şübhəli şəxs Əhməd isə qəsdən adam öldürmə maddəsi ilə həbs edilib.
"Kondisionerin işə salınması üstündə mübahisə etdik. Bir-birimizi söydük", - deyə Əhməd ifadəsində bildirib.
"Haber Global" teqi üzrə xəbərlər
- İstanbulda dünənki zəlzələdən sonra yeddi binada xəsarət qeydə alınıb
- İspaniyalı jurnalist Tomas Roncero: "Arda Güler Qutinin DNT-sinə sahibdir"
- Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasında
- Qalmaqallı bloqer Şeyma Subaşı konfransda tələbələr qarşısında çıxış etdi, tənqid olundu
- Fransa Suriyada ABŞ-nin yerini doldurmaq istəyir
Ən çox oxunanlar