Türkiyənin İstanbul şəhərinin Sultanbeyli rayonunda antiterror əməliyyatı keçirilib.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
İstanbul valiliyinin bəyanatına əsasən, əməliyyat İŞİD terror təşkilatı ilə əlaqəsi olduğu və Türkiyədə terror aktı planlaşdırdığı ehtimal edilən 21 yaşlı şübhəli Berkan Ç.-nin saxlanılması məqsədilə başlanılıb.
Məlumata görə, şübhəli əməliyyat zamanı polis əməkdaşlarına atəş açıb, lakin təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə zərərsizləşdirilib.
Əməliyyat zamanı ərazidəki mülki şəxslərdən birinin də xəsarət aldığı bildirilir.
İstanbul valiliyi hadisə ilə bağlı təhqiqatın davam etdiyini açıqlayıb.