İtaliyanın yüksəkvəzifəli şəxsləri ABŞ Prezidenti Donald Trampın Baş nazir Corcia Meloni ilə bağlı tənqidlərinə münasibət bildirərək, yaranmış vəziyyəti yumşaltmağa çalışıblar.
Oxu.Az "Politico"ya istinadən xəbər verir ki, söhbət Trampın sosial şəbəkədəki paylaşımından gedir.
* Trampdan Meloni üçün "Uzaqlaşdırma qərarı lazımdır" paylaşımı - FOTO
* İtaliyanın XİN rəhbəri ABŞ-yə səfərinin ləğv edilməsinin səbəbini açıqladı - Trampın sözlərinə CAVAB
* Meloni Trampla qalmaqaldan sonra ABŞ ilə münasibətlər barədə danışdı
İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, "transatlantik münasibətlər ayrı-ayrı açıqlamaların hüdudlarını çoxdan aşıb".
Müdafiə naziri Qvido Krozetto isə ABŞ prezidentinin paylaşımına reaksiya vermədiyini deyib və İtaliya üçün əsas prioritetin ABŞ kimi vacib müttəfiqlə əlaqələrin qorunması olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl D.Tramp G7 sammitində çəkilmiş bir foto paylaşıb. Həmin fotoda Meloni ona "heyranlıqla baxan" kimi təsvir olunub və paylaşım "məhdudlaşdırıcı order lazımdır" yazısı ilə müşayiət edilib.