Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı zamanı ölənlərin sayı 103 nəfərə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TOLOnews agentliyi ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində daha 235 nəfər yaralanıb.
Xatırladaq ki, yanvarın 27-də Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında, diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə içərisində terrorçunun olduğu minalanmış avtomobil partlayıb.
Terror aktına görə məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.
Əfqanıstanda matəm elan olunub.