Əfqanıstanın paytaxtı Kabil şəhərində etiraz aksiyaları zamanı ölənlərin sayı yeddi nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə həkimlərə istinadən “Tolo News” telekanalı məlumat yayıb.
“Ölənlərin sayı yeddi nəfərə çatıb”, - telekanalın “Twitter” hesabında deyilir.
Daha öncə bir nəfərin öldüyü barədə məlumat yayılmışdı. Ölən şəxs Əfqanıstan parlamenti Ali palatasının spikerinin birinci müavini Məhəmməd Salemin oğlu idi.
Həmçinin yaralıların olduğu, səkkiz aksiya iştirakçısının saxlanıldığı da bildirilib.
Xəstəxanadan verilən məlumata görə, ölən yeddi nəfərdən ikisi baş nahiyəsindən aldıqları odlu silah yarasından ölüblər.
14:32
Kabildə polisin etiraz aksiyasının iştirakçılarına atəş açması nəticəsində bir nəfər ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
“Etiraz edənlər bildiriblər ki, yürüş zamanı polisin onlara atəş açmasından sonra aksiya iştirakçılarından ən azı bir nəfər ölüb”, - telekanalın “Twitter” hesabında deyilir.
Daha öncə səkkiz aksiya iştirakçısının yaralandığına dair məlumat yayılmışdı.
Telekanalın məlumatına görə, polis toplaşanları qovmaq üçün gözyaşardıcı qazdan və su toplarından istifadə edib. Etiraz edənlər iddia edirlər ki, polis bilərəkdən onlara atəş açıb.
11:00
Əfqan polisi Kabildə baş verən terror aktından sonra prezident Əşrəf Qəni hökumətinin istefasını tələb edən aksiya iştirakçılarının qarşısını havaya açılan atəşlə almağa çalışır.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mindən çox aksiya iştirakçısı bir neçə gün öncə terror aktının baş verdiyi məkana yaxın ərazidə toplaşıblar. Etirazçılardan bir neçəsinin polis səddini keçmək cəhdindən sonra asayiş keşikçiləri havaya atəş açıblar.
S.S.
www.oxu.az