Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kaliforniyada yanğınlardan dəyən iqtisadi zərər yüz milyard dolları aşır
Kaliforniyanın cənubunda baş verən meşə yanğınları nəticəsində dəyən iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "AccuWeather" konsaltinq şirkətinin nümayəndəsi Bill Veydell məlumat verib.
"AccuWeather" Cənubi Kaliforniyada meşə yanğınları nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərlə bağlı ilkin qiymətləndirməsini 135-150 milyard dollara qədər artırıb", - deyə Veydell özünün "X" profilində yazıb.
Əvvəllər şirkət zərərin 52-57 milyard dollar olduğunu açıqlamışdı.
"AccuWeather" nümayəndəsinin sözlərinə görə, şirkətin meteoroloqları gələn həftə də regionda güclü küləyin və meşə yanğınları təhlükəsinin davam edəcəyini proqnozlaşdırırlar.
"Kaliforniyada meşə yanğınları" teqi üzrə xəbərlər
- Kaliforniya yanğınları Sürix Sığorta şirkətinə 200 milyon dollara başa gələcək
- Kaliforniyada meşə yanğınları 25 gündən sonra nəzarət altına alındı
- Kaliforniyadakı meşə yanğınlarında ölənlərin sayı artdı
- Donald Tramp: "Los-Ancelesə sanki "bomba düşüb"
- Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı