Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Yeddi dəfə məhkum olan şəxsdən odlu silah götürülüb](https://images.oxu.az/2025/01/10/srU2ZVwhur5qsQa00TaBdb9aMKPRp2t7ErGkHXOH:1200.jpg)
Yeddi dəfə məhkum olan şəxsdən odlu silah götürülüb
Şirvan şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 7 dəfə məhkum olunmuş Pünhan Tağıyevin odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə adıçəkilən şəxs saxlanılıb və ondan bir ədəd "Mauser" markalı odlu silah götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
"Qanunsuz saxlanılan odlu silah-sursat" teqi üzrə xəbərlər
- Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub
- Balakəndə narkotik əməliyyatı: Polis 33 kiloqram heroin və marixuana aşkarladı
- Bakıda küçədə 24 yaşlı oğlanı silahla qətlə yetirməkdə təqsirləndirilən hərbçiyə hökm oxunub
- Qulluq mövqeyindən istifadə edərək qanunsuz silah satan və daşıyanlar məsuliyyətə cəlb olunacaqlar
- Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilərlər
Ən çox oxunanlar