Türkiyənin məşhur turizm bölgəsi olan Kapadokiyada hava balonları festivalı başlayıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kapadokiya Balon və Kültür Yolu Festivalı adı ilə keçirilən tədbir 7-10 avqust tarixi aralığında baş tutacaq.
Festivalda 27 fərqli ölkədən gətirilən 38 hava balonu Kapadokiya səmasını bəzəyəcək.